Mançester Yunayted Tottenhem'ə qalib gəldi

  • 11 Aprel 2021 22:05
  • 59

İngiltərə Premyer Liqasında 31-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
“Nyukasl” səfərdə “Bernli” üzərində qələbəyə qazanıbsa, “Lester Siti” “Vest Hem”lə səfər oyunundan məğlub ayrılıb. “Arsenal” isə “Şeffild Yunayted”lə səfər oyununda darmadağınla qalib gəlib.
 
Turun mərkəzi görüşü Londonda baş tutub. Joze Mourinyonun komandası burada “Mançester Yunayted”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma qonaqlar əzmkar qələbə qazanıb.
 
İngiltərə Premyer Liqası
31-ci tur
9 aprel
 
Fulhem – Vulverhempton 0:1
Qol: Traore, 90+2.
 
10 aprel
 
Mançester Siti – Lids 1:2
Qol: F.Torres, 76 – Dallas, 42; 90+1.
 
Liverpul – Aston Villa 2:1
Qol: Salah, 57. Aleksander-Arnold, 90+1 – Uotkins, 43.
 
Kristal Pelas – Çelsi 1:4
Qol: Benteke, 63 – Haverts, 8. Pulişiç, 10; 78. Zuma, 30.
 
11 aprel
 
Bernli – Nyukasl 1:2
Qol: Vidra, 18 – Mörfi, 59. Sent-Maksimin, 64.
 
Vest Hem – Lester Siti 3:2
Qol: Linqard, 29; 44. Bouen, 48 – İheanaço, 70; 90+1.
 
Tottenhem – Mançester Yunayted 1:3
Qol: Son, 40 – Fred, 57. Kavani, 79. Qrinvud, 90+6.
 
Şeffild Yunayted – Arsenal 0:3
Qol: Lakazette, 33; 85. Martinelli, 72.