Mourinyo bunu ilk dəfə yaşadı

  • 12 Aprel 2021 22:00
  • 68

İngiltərənin “Tottenhem” klubu Premyer Liqanın 31-ci turunda “Mançester Yunayted”ə məğlub olub.

Corner.az “Squawka” portalına istinadən xəbər verir ki, 1:3 hesabıyla bitən görüş London təmsilçisinin baş məşqçisi Joze Mourinyo üçün antirekordla əlamətdar olub. Belə ki, portuqaliyalı mütəxəssisin məşqçilik karyerası ərzində ilk dəfə çalışdırdığı komanda ilə bir mövsümdə 10 dəfə məğlub olur.

Qeyd edək ki, “Tottenhem” Premyer Liqada 7-ci pillədə yer alır.