Mançester Yunayted azarkeşi aksiya zamanı polislər tərəfindən döyüldü - VİDEO

  • 3 May 2021 16:06
  • 42

"Mançester Yunayted"in azarkeşlərinin klub rəhbərliyinə qarşı aksiyası zamanı yerli polislərin onlarla davranışı ölkə gündəmini zəbt edib.

Corner.az-ın məlumatına görə, hər şey hüquq-mühafizə orqanları əməkdaşlarının fanatlardan birini küçə ilə sürüdüyü videonun sosial şəbəkələrdə yayılmasından sonra üzə çıxıb.

Görüntülərdə bir neçə polisin tərəfdarla kobud rəftarı və onu döyməsi açıq-aşkar görünür. İnsident bununla da yekunlaşmayıb. Polislər fanatın döyülməsini lentə alan jurnalistlərdən həmin görüntüləri silməyi tələb ediblər.

Qeyd edək ki, azarkeşlərin çaxnaşma törətməsi səbəbindən 34-cü turun "Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salınıb.(report)