Mançester Yunayted'in sabiq futbolçusu karyerasını bitirdi

  • 13 May 2021 10:14
  • 43

 "Mançester Yunayted"in  sabiq futbolçusu Antonio Valensiya karyerasını başa vurub.

Corner.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi şəxsi İnstaqram hesabından paylaşım edib.

Ekvadorlu oyunçu "Old Trafford" stadionunda yaşadıqlarını heç vaxt unutmayacağını bildirib.

Qeyd edək ki, 2009 - 2019-cu illərdə "Mançester Yunayted"də çıxış etmiş Antonio Valensiya son olaraq Meksikanın "Keretaro" klubunda çıxış edib.