Mançester Siti Mendini əsas komandadan kənarlaşdırdı - cinsi təcavüzə görə

  • 27 Avqust 2021 13:03
  • 85

İngiltərənin “Mançester Siti” klubu müdafiəçisi Benjamin Mendini komandadan kənarlaşdırıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda, buna səbəb 27 yaşlı futbolçunun 4 təcavüz və 1 cinsi təcavüzdə ittiham olunması vurğulanıb. Futbolçunun bu ittihamlar üzrə istintaqı yekunlaşana kimi, əsas heyətdən kənarlaşdırıldığı diqqətə çatdırılıb.
 
Fransa yığmasının üzvünün bu cinayətləri 2020 oktyabr – 2021 avqust aralığında həyata keçirdiyi bildirilir. “Mançester Siti”  fransalı futbolçu ilə bağlı yeni qərarın araşdırmanın yekun nəticəsindən asılı olaraq qəbul olunacağını açıqlayıb.
 
Qeyd edək ki, Mendi 2017-ci ildən “Mançester Siti”də çıxış edir.