Məhəmməd Salah 10-cu pilləyə yüksəldi

  • 26 Sentyabr 2021 14:56
  • 57

Misirli hücumçu Məhəmməd Salah “Liverpul”da 131-ci qolunu vurub.

Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu bu göstəriciyə 210-cu matçında çatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, Salah'ın bununla da, “Liverpul”da bombardirlər siyahısında 10-cu pilləyə yüksəldiyi vurğulanıb.

Salah “Brentford”la 3:3 hesabıyla bitən matçda komandasının ikinci qoluna imza atıb.

O, “Liverpul”la Premyer Liqada 100, Çempionlar Liqasında 27, Federasiya kubokunda isə 4 qol vurub.