Mançester Siti qələbəyə layiq idi

  • 26 Sentyabr 2021 16:56
  • 46

"Çelsi”nin baş məşqçisi Tomas Tuçel Premyer Liqanın 6-cı turunda “Mançester Siti” ilə oyun haqda fikirlərini bölüşüb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, 0:1 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

“Mançester Siti” qələbəyə layiq idi. Son 20 dəqiqədə qola daha yaxın olan tərəf biz olsaq da, olmadı.

Oyunumuzu istədiyimiz kimi sərgiləyə bilmədik. Bu gün (red:dünən) öz səviyyəmizdə deyildik. Niyə bilmirəm, ancaq qol buraxdıqdan sonra qələbə qazanacağımızı düşünürdüm. Emosional oyun oldu."