Salah ardıcıl 3-cü dəfədir ...

  • 25 Noyabr 2021 14:33
  • 52

İngiltərənin “Liverpul” klubunda oktyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Corner.az xəbər verir ki, bu, 29 yaşlı hücumçu Məhəmməd Salahdır. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Salah ardıcıl 3-cü dəfə bu mükafatı qazanır.

Misirli futbolçu ötən ay iştirak etdiyi 5 matçda 7 qol vurub, 4 məhsuldar ötürmə edib.