İngiltərə Premyer Liqasının oyunu yarımçıq dayandırıldı

  • 2 Dekabr 2021 00:15
  • 84

"Uotford" və "Çelsi" klubları arasında keçirilən İngiltərə Premyer Liqasının 13-cü tur matçı 12-ci dəqiqədə məcburi dayandırılıb.

Corner.az-ın məlumatına görə, buna səbəb tribunada əyləşən azarkeşlərdən birinin infarkt keçirməsi olub.

Görüşü dayandıran referi futbolçuları paltardəyişmə otağına göndərib.

Qeyd edək ki, hələlik qarşılaşmada hesab açılmayıb.