Liverpul'dan darmadağın, Mançester Siti və Çelsi'dən qələbə

  • 2 Dekabr 2021 10:06
  • 48

Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.
 
Lider “Çelsi” səfərdə “Uotford”un, “Mançester Siti” “Aston Villa”nın, “Liverpul” isə “Everton”un qonağı olub. İlk üçlükdə qərarlaşan komandaların hamısı səfərdə qələbə qazanıb.
 
Dörd qolun qeydə alındığı “Sauthempton” – “Lester Siti” matçında qalib müəyyənləşməyib. “Vest Hem” – “Brayton” və “Vulverhempton” – “Bernli” görüşlərində də qalib müəyyənləşməyib.
  
İngiltərə Premyer Liqası
14-cü tur
30 noyabr
 
Nyukasl – Norviç Siti 1:1
Qol: Uilson, 61-pen – Pukki, 79.
 
Lids – Kristal Pelas 1:0
Qol: Rapinya, 90+3-pen.
 
1 dekabr
 
Sauthempton – Lester Siti 2:2
Qol: Bednarek, 3. Adams, 34 – Evans, 22. Meddison, 49.
 
Uotford – Çelsi 1:2
Qol: Dennis, 43 – Maunt, 29. Ziyeş, 72.
 
Vest Hem – Brayton 1:1
Qol: Souçek, 5 – Maupay, 89.
 
Vulverhempton – Bernli 0:0
 
Aston Villa – Mançester Siti 1:2
Qol: Uotkins, 47 – R.Dias, 27. B.Silva, 43.
 
Everton – Liverpul 1:4
Qol: Qrey, 38 – C.Henderson, 9. Salah, 19; 64. Jota, 79.