Qvardiola Joze Mourinyonun uğurunu geridə qoydu

  • 2 Dekabr 2021 10:20
  • 54

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola hazırda "Roma"nın çalışdırıcısı Joze Mourinyonun rekordunu geridə qoyub.

Corner.az  "The Mirror"a istinadən xəbər verir ki, Premyer Liqanın 14-cü turunda "Aston Villa"ya 2:1 hesabı ilə qalib gəldikləri görüş ispan mütəxəssis üçün əlamətdar olub.

50 yaşlı çalışdırıcı daxili çempionatında "şəhərlilər"lə 15-ci qələbəyə sevinib. O, 203-cü matçda buna nail olub. "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"ə rəhbərlik etmiş Mourinyo eyni nəticəni əldə etmək üçün 230 görüş keçirib.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir.