Liverpul'dan yeni rekord

  • 2 Dekabr 2021 11:17
  • 58

İngiltərənin “Liverpul” klubu yeni rekorda imza atıb. Corner.az xəbər verir ki, Mersisayd təmsilçisi buna Premyer Liqanın 14-cü turu çərçivəsində ötən gecə “Everton”u səfərdə 4:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
 
Yurgen Kloppun komandası ardıcıl 18 oyunda ən azı iki qol vuran ilk komanda olub. Əvvəlki rekord 1927-ci ildə 17 qarşılaşmada ən azı iki dəfə fərqlənməyi bacaran “Sanderlend”ə məxsus idi.
 
“Liverpul”un seriyası sentyabrın 12-də “Lids”i 3:0 hesabı ilə məğlub etdikləri matçla başlayıb. Bu komanda o vaxtdan bəri rəqib qapılarından 57 top keçirib.