Liverpul'dan inamlı qələbə

  • 16 Yanvar 2022 20:37
  • 63

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Beş qolun qeydə alındığı “Vest Hem” – “Lids” matçında qonaqlar qələbə qazanıb. “Liverpul” isə doğma meydanda “Brentford”u qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbə qazanıb.
 
Bu tur keçirilməli olan “Bernli” – “Lester Siti” və “Tottenhem” – “Arsenal” matçları təxirə salınıb. Buna “Bernli” və “Arsenal”ın əksər futbolçusunun koronavirusa yoluxması səbəb göstərilib.
 
İngiltərə Premyer Liqası
22-ci tur
14 yanvar
 
Brayton – Kristal Pelas 1:1
Qol: Andersen, 87-öz qapısına – Qallaxer, 69.
 
15 yanvar
 
Mançester Siti – Çelsi 1:0
Qol: De Bruyne, 70.
 
Vulverhempton – Sauthempton 3:1
Qol: Ximenes, 37. Koadi, 59. Traore, 90+1 – Uord-Prauz, 84.
 
Norviç Siti – Everton 2:1
Qol: M.Kin, 16-öz qapısına. İdah, 18 – Riçarlison, 60.
 
Nyukasl – Uotford 1:1
Qol: Sent-Maksimin, 49 – Pedro, 88.
 
Aston Villa – Mançester Yunayted 2:2
Qol: Remsi, 77. Koutinyo, 82 – B.Fernandes, 6; 67.
 
16 yanvar
 
Vest Hem – Lids 2:3
Qol: Bouen, 34. Fornals, 52 – Harrison, 10; 37; 60.
 
Liverpul – Brentford 3:0
Qol: Fabinyo, 44. Oksleyd-Çemberlayn, 69. Minamino, 77.