Marsial Ranqniki yalançı çıxardı

  • 17 Yanvar 2022 14:59
  • 73

“Mançester Yunayted”in futbolçusu Antonio Marsial komandanın baş məşqçisi Ralf Ranqnikin “Marsial bizimlə Birmingemə səfər etmək istəmədi” açıqlamasının yalan olduğunu bildirib. Corner.az xəbər verir ki, 26 yaşlı hücumçu, məsələ ilə bağlı “İnstaqram” hesabında yazıb. Fransalı futbolçu paylaşımında bunları qeyd edib:
 
“Mən heç vaxt “Mançester Yunayted” üçün meydana çıxmaqdan imtina etməmişəm. Yeddi ildir buradayam. Kluba və azarkeşlərə heç bir zaman hörmətsizlik etmədim və etmərəm də”.
 
Ranqnik “Aston Villa” ilə səfər matçını (2:2) buraxan Marsialın komanda ilə oyuna çıxmaq istəmədiyini açıqlamışdı.