Arteta çox şikayətlənir - Konte

  • 13 May 2022 21:54
  • 29

"Tottenhem”in baş məşqçisi Antonio Konte Premyer Liqanın 22-ci turunun təxirə salınmış oyunundan sonra “Arsenal”ın (3:0) baş məşqçisi Mikel Artetanın hakimliklə bağlı şikayətlərinə cavab verib. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Artetanın daha çox şikəyətləndiyini deyib:

“Arteta çox şikayətlənir, onun işinə diqqət ayırması lazımdır. O, komandasına daha çox diqqət yetirməlidir və işləməyə davam etməlidir, çünki o, çox yaxşı məşqçidir. Davamlı olaraq birinin şikayətini eşitmək yaxşı deyil. “Liverpul”la matçdan sonra Fabinyodan və bütün kobudluqlardan şikayət etdiyimi eşidirsiz? Yox. Mən ona qulaq asıram, çox şikayətlənir. Düşünürəm ki, yeni başlayanlar şikayət etməməli və daha çox komandasına diqqət etməlidir. Sakit qalmalı və işləməyə davam etməlidir. Məşqçinin çox vaxt şikayət etməsi yaxşı deyil”.

“Tottenhem” 36 oyunda 65 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir. “Arsenal”ın 66 xalı var və 4-cü pillədə qərarlaşıb