Millətlər Liqası dünya futbolunun ən gülünc ideyalarından biridir

  • 14 May 2022 11:09
  • 43

“Millətlər Liqası dünya futbolunun ən gülünc ideyalarından biridir”. Corner.az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib. Almaniyalı çalışdırıcı UEFA Millətlər Liqasından imtina etməli olduğunu bildirib:
 
“Futbolçular il ərzində 70-dən çox oyun keçirilər, mövsüm başa çatdıqdan sonra isə Millətlər Liqasında meydana çıxmağa davam edirlər. Yığmada dörd, beş, altı oyun. UEFA-nın Çempionlar Liqasından daha çox qazanmasını və Millətlər Liqasından imtina etməsini istərdim. Bu, mənim şəxsi fikrimdir” – deyə, təcrübəli mütəxəssis əlavə edib.
 
Bildirək ki, Millətlər Liqası 2018-ci ildə UEFA tərəfindən təsis edilib. Turnir iki ildən bir keçirilir və milli komandalara dünya və Avropa çempionatlarının final mərhələsinə çıxmaq üçün əlavə imkan yaradır. Millətlər Liqasının ilk qalibi Portuqaliya millisi olub.