Lempard Kloppu qabaqladı

  • 8 Noyabr 2019 18:38
  • 39

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Corner.az Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Frenk Lempard həmkarlarını qabaqlayıb.

London təmsilçisi ötən ay keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb. "Zadəganlar" "Sauthempton" (4:1), "Nyukasl" (1:0) və "Bernli"ni (4:2) məğlub edib.

Qeyd edək ki, Lempard bu ad uğrunda mübarizədə Yurgen Klopp ("Liverpul"), Qrem Potter ("Brayton"), Brendan Rodcers ("Lester") və Din Smiti ("Aston Villa") üstələyib.