"Liverpul"a qarşı oynamayacaq

  • 8 Noyabr 2019 19:02
  • 33

"Mançester Siti"nin qapıçısı Ederson İngiltərə Premyer Liqasının 12-ci turunda "Liverpul"la mərkəzi oyunu buraxacaq.

Corner.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, zədəli qolkiperin matç gününə kimi hazır olmayacağını vurğulayıb.

Qeyd edək ki, Ederson Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Atalanta" ilə görüşdə (1:1) zədələnib.

Xatırladaq ki, "Mançester Siti" - "Liverpul" qarşılaşması noyabrın 10-u keçiriləcək. (qol)