Arsenal 25 il idi bu aqibətlə üzləşmirdi

  • 2 Dekabr 2019 19:16
  • 35

“Arsenal” klubu Premyer Liqanın 14-cü turu çərçivəsində “Norviç”lə 2:2 hesablı heç-heçə edib.

Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu son 6 çempionat oyununda qələbə qazana bilməyib. 
 
Bu, "topçular"ın 1994-cü ildən bəri göstərdiyi ən pis göstəricidir.
 
Qeyd edək ki, Arsenal 14 oyundan sonra 19 xalla 8-ci pilləsində qərarlaşıb.