Son ən yaxşı futbolçu seçildi

  • 2 Dekabr 2019 22:19
  • 33

Tottenhem'in futbolçusu Son Hın Min Asiyada qitə xaricində oynayanlar arasında ilin ən yaxşı futbolçusu seçilib.

Corner.az-ın Asiya Konfederasiyasının rəsmi saytına istinadən xəbərinə görə, 27 yaşlı hücumçu bu mükafat uğrunda mübarizədə Serdar Azmun ("Zenit") və Makoto Xasebeni ("Ayntraxt") qabaqlayıb.

Qeyd edək ki, cənubi koreyalı futbolçu karyerası ərzində üçüncü dəfə Asiyanın ən yaxşısı seçilib.