Azərbaycan AVRO-2020 ilə bağlı UEFA-ya zəmanət verdi

  • 21 May 2020 17:20
  • 29

AVRO-2020-nin ev sahiblərindən Bakı turnirin oyunlarını qəbul etməyə hazırdır.

Corner.az-ın məlumatına görə, bu barədə federasiyanın Mətbuat xidmətindən "Ria Novosti"yə bildirilib.

Qeyd olunub ki, Avropa çempionatının 4 matçını keçirmək üçün bütün təminatlar hökumət tərəfindən verilib.

Xatırladaq ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.(report)