Zlatan İbrahimoviç qayıdır

  • 27 Noyabr 2020 08:16
  • 89

İsveç yığmasının baş məşqçisi Yanne Andersson "Milan"ın hücumçusu Zlatan İbrahimoviçin yenidən milli komandada oynaya biləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Corner.az xəbər verir ki, 58 yaşlı mütəxəssis bu məqsədlə onunla görüşdüyünü vurğulayıb: “İbrahimoviçin milliyə qayıtmağa hazır olduğunu biləndə, onunla görüşüb bunu müzakirə etmək mənim üçün vacib idi. Görüşü bu qədər tez təşkil edə bildiyimiz üçün çox şadam. Görüş çox yaxşı və səmərəli keçdi”.

Qeyd edək ki, İbrahimoviç İsveç millisində son oyununu 2016-cı ilin iyununda Avropa çempionatı çərçivəsində Belçikaya qarşı keçirib. O, yığmada 116 matçda 62 qol vurub. Bu mövsüm “Milan”da isə 10 qarşılaşmada 11 dəfə fərqlənib.