İtaliyadan UEFA-ya AÇ-2020 üçün azarkeş təminatı

  • 6 Aprel 2021 22:34
  • 33

AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərdən olan İtaliyanın paytaxtı Roma azarkeşlərlə bağlı UEFA-ya təminat verib.
 
Corner.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina qurumun rəsmi saytına açıqlamasında deyib.
 
Funksioner tərəfdarların stadiona buraxılması qərarına görə yerli Səhiyyə Nazirliyinə təşəkkür edib: "Vəziyyətin yaxşılaşdığına dair siqnal aldıq, dərhal UEFA-ya bildirdik".
 
Romadakı "Olimpiko" Stadionu A qrupunda İtaliya millisinin 3 oyununu, həmçinin 1/4 finalın bir görüşünü qəbul edəcək.
 
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AÇ-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI