Buxarestdəki hər oyuna 13 min azarkeş buraxılacaq - AÇ-2020

  • 7 Aprel 2021 07:15
  • 21

AVRO-2020-nin Rumıniyanın paytaxtı Buxarestdəki oyunları azarkeşlərlə keçiriləcək.

Corner.az-ın məlumatına görə, bu barədə ölkənin idman naziri Eduardo Novaka "Digi24" nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər matçda stadiona 13 000 tamaşaçı buraxılacaq ki, bu da görüşlərin oynanılacağı Milli arenanın ümumi tutumunun 25 faizinin dolması deməkdir. Həmçinin fanatların hər biri koronavirusa yoluxmadığını təsdiq etməli və vaksinasiya olunmalıdır.

Bundan başqa, azarkeşlərdən oyunların startı ərəfəsində analiz götürülməsi variantı da mümkündür.

Buxarest C qrupunun Avstriya - Şimali Makedoniya, Ukrayna - Şimali Makedoniya və Ukrayna - Avstriya matçları ilə yanaşı, 1/8 final mərhələsinin bir görüşünü qəbul edəcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI