İtaliya millisində 9-cu yoluxma

  • 7 Aprel 2021 14:56
  • 21

 İtaliya millisində koronavirusa növbəti yoluxma halı aşkarlanıb.

Corner.az xəbər verir ki, son olaraq "Atalanta"nın yarımmüdafiəçisi Matteo Pessinadan götürülmüş testin nəticəsi müsbət çıxıb.

Dərhal təcrid olunan 24 yaşlı oyunçuda xəstəliyin simptomları müşahidə olunmur.

Qeyd edək ki, bu, İtaliya yığmasında virusa yoluxan 5-ci futbolçudur. Daha əvvəl Marko Verratti, Alessandro Florentsi, Leonardo Bonuççi və Vinçentso Qrifoda analoji problemlə üzləşib. Həmçinin yığmanın məşqçilər heyətində 4 nəfərin testi müsbət çıxıb.


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI