Ronaldo dünya rekorduna yaxınlaşır

  • 10 İyun 2021 08:03
  • 77

Portuqaliyanın yığmasının hücumçusu Kriştiano Ronaldo İsrail millisinə qarşı yoldaşlıq matçında fərqlənib.

Corner.az xəbər verir ki, Brunu Fernandeşin ötürməsini 35 yaşlı hücumçu qola çevirib. O, bunula matçda ikinci qolu öz hesabına vurub. Rəqib qapılarına bu cür yol tapma "Qızıl top"un beşqat sahibi üçün 104-cü fərqlənmə olub.

Bununla da Ronaldunun İran yığmasının keçmiş hücumçusu Əli Daei tərəfindən əldə olunmuş dünya rekorduna çatmasına beş qol qalıb.

Qeyd edək ki, Kriştianu Portuqaliya yığmasının son 42 matçında 43 dəfə fərqlənib.