AVRO-2020: Bakıdakı ilk oyunun təyinatları açıqlandı

  • 10 İyun 2021 10:27
  • 43

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək Uels - İsveçrə oyunu üçün təyinatlar açıqlanıb.

Corner.az-ın məlumatına görə, qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Kleman Türpenə Nikolas Damos və Kiril Qrinqore köməklik göstərəcək. 4-cü hakim funksiyasını serbiyalı Srdan Yovanoviç yerinə yetirəcək. VAR hakimi isə fransalı François Letexierdir.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - İsveçrə matçı saat 17:00-da başlayacaq. AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək.