Benzemanın son durumu bilindi

  • 10 İyun 2021 12:01
  • 50

Fransa milli komandasının Bolqarıstanla yoxlama oyununda zədələnən futbolçusu Kərim Benzemanın son durumu bəlli olub.

Corner.az “RMC Sport”a istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun zədəsi ciddi deyil və 2-3 gün sonra komanda ilə birlikdə məşqlərə qoşulacaq.

Benzema Fransa yığması ilə AÇ-2020-nin oyunlarında iştirak edə biləcək.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa yığması turnirin qrup mərhələsində Almaniya, Macarıstan və Portuqaliya ilə qarşılaşacaq.