Niderlandın futbolçusu 2-ci dəfə ən yaxşı seçildi

  • 18 İyun 2021 01:36
  • 44

AÇ-2020-nin C qrupu çərçivəsində keçirilən Niderland – Avstriya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

 Corner.az xəbər verir ki, Niderland yığmasının müdafiəçisi Denzel Dumfris bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu bu matçın 67-ci dəqiqəsində vurduğu qolla komandasının qələbəsində (2:0) əsas pay sahiblərindən birinə çevrilib.