Azərbaycanda öz meydanımızda oynayacağıq - Şenol Günəş

  • 1 Dekabr 2019 01:25
  • 62

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin final mərhələsindəki ev oyunlarından ikisinin Bakıda keçiriləcəyinə münasibət bildirib.

Corner.az xəbər verir ki, o, Türkiyə mətbuatına açıqlamasında əvvəldən Bakıda oynamağı istədiklərini deyib: “Xeyirli olsun. Biz Bakını istəyirdik. Azərbaycanda öz meydanımızda oynayacağıq. Buraya gəlmək önəmli idi. Qürurvericidir. İnşallah, qrupdan çıxaraq daha gözəl günlər görəcəyik”.


Qeyd edək ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. “Ay-ulduzlular” iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.