Bakıya səfər bəhanə olmamalıdı - Petkoviç

  • 2 Dekabr 2019 17:02
  • 26

“Bakı-Roma-Bakı marşrutu ilə uzaq məsafə qət edəcəyik. Amma buna görə çox narahat olmağa ehtiyac yoxdur. Bu, heç nəyə bəhanə olmamalıdır”.

Corner.az xəbər verir ki, bu sözləri İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç “Blick” nəşrinə açıqlamasında deyib.

Avro-2020-də düşdükləri A qrupunu dəyərləndirən 56 yaşlı mütəxəssis İtaliyalı favorit adlandırıb: “Güclü rəqiblərin qərarlaşdığı maraqlı qrupa düşmüşük. Ancaq biz güclüyük və irəliləmək imkanımız var. Əlbəttə, hədəfimiz də budur. İtaliya, şübhəsiz ki, qrupun favoritdir. Yəqin ki, digər 3 komanda ikinci yer uğrunda mübarizə aparar”.

Xatırladaq ki, İsveçrə millisi iyunun 13-də Uelslə, ayın 21-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda  qarşılaşacaq.