İtaliya yığması İngiltərə və Almaniya ilə qarşılaşacaq

  • 2 Dekabr 2019 17:15
  • 28

Avropa çempionatında A qrupunda yer alan İtaliya yığması yoldaşlıq görüşləri keçirəcək.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, İtaliya yığması iki oyunda qüvvəsini sınayacaq.

İtalyanlar turnirin digər favoritləri İngiltərə və Almaniya ilə qarşılaşacaq. İngiltərə ilə qarşılaşma martın 27-də "Uembli" stadionunda keçiriləcək. Almaniya ilə isə martın 31-də baş tutacaq.

Qeyd edək ki, İtaliya yığması A qrupunda Türkiyə, İsveçrə və Uelslə qarşılaşacaq.