Rusiya Qran-prisini başqa yarış əvəzləməyəcək

  • 18 May 2022 17:13
  • 54

"Formula 1" üzrə dünya çempionatında 2022 mövsümü 22 mərhələdən ibarət olacaq.

Corner.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, ləğv edilən Rusiya Qran-prisinin əvəzinə təqvimə başqa mərhələ salınmayacaq.

Qeyd edək ki, Rusiya Qran-prisi 23 - 25 sentyabrda Soçidə təşkil olunmalı idi. Qurum Ukraynaya hərbi müdaxilə ucbatından yarışı Rusiyada keçirməməyi qərarına gəlib. 10 - 12 iyunda isə Bakının mərkəzi küçələrində Azərbaycan Qran-prisi keçiriləcək.