İkiqat dünya çempionu komandasını dəyişdi

  • 1 Avqust 2022 17:16
  • 116

"Formula 1" üzrə ispaniyalı ikiqat dünya çempionu Fernando Alonso komandasını dəyişəcək.

Corner.az xəbər verir ki, Alonso "Aston Martin"lə uzun müddətli müqavilə bağlayıb.

O, yeni komandasında növbəti mövsümdən – 2023-cü ildən çıxış edəcək. 41 yaşlı pilot yeni komandasında 4 qat dünya çempionu Sebastyan Vetteli əvəzləyəcək. Vettel isə cari mövsümün sonunda karyerasını başa vuracaq.

Qeyd edək ki, Fernando Alonso hazırda "Alpin" komandasının şərəfini qoruyur.