Formula 1: Sprint yarışlarının sayı artırıldı

- 27 Sentyabr 2022 22:46
- 89
"Formula 1" üzrə dünya çempionatında sprint yarışlarının sayı artırılıb.
Corner.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Bin Sulayem qurumun rəsmi saytına açıqlama verib.
O, sprint yarışlarının 3-dən 6-ya çatdırıldığını bildirib. Yenilik 2023-cü il mövsümündən tətbiq olunmağa başlayacaq.
Qeyd edək ki, gələn il Azərbaycan Qran-prisi 28 - 30 apreldə keçiriləcək.