Formula 1: Sinqapur qran-prisinin qalibi bəlli oldu

  • 2 Oktyabr 2022 21:43
  • 120

Marina Bey avtodromunda keçirilən "Formula 1" üzrə Sinqapur Qran Prisinin qalibi bəlli olub.

Corner.az-ın məlumatına görə, "Red Bull"un pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb.

"Ferrari"dən Şarl Lekler finişə ikinci sırada çatıb. Onun komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.

Çempionatın hazırkı lideri "Red Bull"dan Maks Ferstappen yeddinci yerlə kifayətlənib.