Formula 1'də qalmaqallı hadisə!

- 9 Oktyabr 2022 13:50
- 145
"Formula 1" üzrə Yaponiya Qran-prisi zamanı xoşagəlməz hadisələr baş verib.
Corner.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yarış 3-cü dövrədə qırmızı bayraqla dayandırılıb.
Buna yağışlı havaya görə baş verən qəzalar səbəb olub. Birinci dövrədə "Alpine" komandasından Fernando Alonso ilə "Aston Martin"in pilotu Sebastyan Fettel toqquşub, lakin hər ikisi yoluna davam edə bilib. İdarəetməni itirərək qəzaya uğrayan "Ferrari"nin ispaniyalı pilotu Karlos Sayns isə mübarizəni dayandırmalı olub.
Bundan başqa, yarışın keçirildiyi Suzuka trasına traktor daxil olub. Bu isə iştirakçılar tərəfindən narazılıqla qarşılanıb.