Ferstappen ardıcıl 2-ci dəfə dünya çempionu oldu

  • 9 Oktyabr 2022 14:12
  • 129

Formula 1 üzrə Yaponiya qran-prisinin qalibi bəlli olub. Corner.az xəbər verir ki, "Red Bull"dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
 
Bununla da niderlandlı pilot karyerasında 2-ci çempionluğunu qazanıb. "Ferrari"dən Şarl Lekler finişə ikinci çatıb. "Red Bull"un digər pilotu Serxio Peres isə 3-cü yeri tutub.
 
Mövsümün növbəti qran-prisi oktyabrın 23-də ABŞ-ın Texas ştatında, Austin şəhərində keçiriləcək. 2022-ci il mövsümünün başa çatmasına dörd yarış qalıb.