Formula 1: Çin qran-prisi ləğv olundu

- 2 Dekabr 2022 16:57
- 52
“Formula 1” üzrə Çin qran-prisi 2023-cü ildə keçirilməyəcək. Corner.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, yarış ölkədə koronavirusun yaratdığı davamlı çətinliklərə görə baş tutmayacaq.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan qran-prisi 28-30 apreldə gerçəkləşəcək.