Bu il ən çox qazanc əldə edən Formula 1 pilotu bilindi

  • 22 Dekabr 2022 10:32
  • 97

Formula 1 pilotlarının bu il əldə etdikləri qazanc müəyyənləşib.

Corner.Az xəbər verir ki, “Mercedes”in pilotu Luis Hamilton digər rəqiblərindən daha çox qazanıb. Yeddiqat dünya çempionu bu mövsümdə 40 milyon dollar qazanc əldə edib. İkinci yerdə son iki mövsümün çempionu Maks Ferstappen qərarlaşıb. “Red Bull”un niderlandlı pilotu 35 milyon dollar qazanıb. İlk üçlüyü 20 milyon dollarla “Alpin”in şərəfini qoruyan Fernando Alonso tamamlayıb.

İyirmi pilot arasında ən az gəlir əldə edən isə “Alfa Tauri”dən Yuki Tsunodadır. O, ili 750 min dollarla başa vuracaq.