Sevilya'dan Çin klubuna

  • 20 Fevral 2020 23:11
  • 57

"Sevilya”nın futbolçusu Daniel Karrisu karyerasını Çində davam etdirəcək.

Corner.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Uhan Zall” klubuna keçib.
 
Bu barədə Əndəlüs təmsilçisinin rəsmi saytı məlumat yayıb. Karrisu ilə imzalanan müqavilənin detalları barədə açıqlama verilməyib
 
Təcrübəli futbolçunun koronovirusun üzə çıxdığı və ən çox yayıldığı Uhan şəhərinin təmsilçisinə transferi birmənalı qarşılanmayıb.
 
Qeyd edək ki, Karrisu 2014-cü ilin yayından “Sevilya”da oynayırdı.