Benziya Fənərbaxça'dan 840 min avro uddu

  • 26 Mart 2020 10:29
  • 57

Türkiyənin "Fənərbaxça" klubunun sabiq futbolçusu Yassin Benziyanın FIFA-ya etdiyi şikayət təmin olunub. 

Corner.az-ın məlumatına görə, qurum 2018/2019 mövsümündə İstanbul təmsilçisində icarə əsasında çıxış edən əlcəzairli hücumçunun xeyrinə qərar çıxarıb. 26 yaşlı futbolçuya 45 gün ərzində maaşı, bonusu və pul cərimələri də nəzərə alınmaqla, 840 min avro ödənilməlidir. Fənərbaxçanın qərardan apellyasiya verəcəyi bildirilir. 

Qeyd edək ki, Benziya hazırda  "Dijon"da çıxış edir.