Stam'ın yeni klubu bəlli oldu

  • 21 May 2020 20:49
  • 51

“Feyenoord”un keçmiş baş məşqçisi Yaap Stamın yeni iş yeri bəlli olub.

Corner.az “De Telegraph”a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bundan sonra  ABŞ-da çalışacaq. O, MLS liqasında çıxış edən “Cincinnati” ilə razılığa gəlib. “Feyenoord”da köməkçisi olan Said Bakkatinin də Stamla birgə çalışacağı vurğulanıb.


Qeyd edək ki, Yaap Stam “Feyenoord”dan başqa, İngiltərənin “Ridinq” və Niderlandın “Zvolle” klublarını da çalışdırıb.