Stam MLS klubu ilə müqavilə imzaladı

  • 22 May 2020 11:25
  • 26

Niderlandlı məşqçi Yaap Stamın ABŞ-ın “Cincinatti” klubuna keçidi rəsmiləşib.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə  2021-ci ilin 31 dekabrına kimi müqavilə imzalanıb.
 
Qeyd edək ki, Stam son olaraq  “Feyenoord” klubunu çalışdırıb.