Maradona'dan yeni müqavilə

  • 3 İyun 2020 21:48
  • 56

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona baş məşqçissi olduğu "Ximnasiya" ilə yeni müqavilə imzalayıb.

Corner.az Argentina klubunun saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə müqavilənin müddəti 2021-ci il dekabrın 31-ə kimi uzadılıb.

Qeyd edək ki, D.Maradona ötən ilin sentyabrından "Ximnasiya"nı çalışdırır.