Barselona Villianla danışıqlara başladı

  • 31 İyul 2020 15:44
  • 47

"Barselona” “Çelsi” ilə müqaviləsi başa çatan Villianı heyətinə cəlb etməyi planlaşdırır.

Corner.az “Sky Sports”a istinadən xəbər verir ki, Kataloniya klubu braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.


“Barselona"nın 31 yaşlı futbolçuya 3 illik müqavilə təklif etdiyi bildirilir. Villianın öz klubu “Çelsi” və Devid Bekhemin sahibi olduğu “İnter Mayami”dən də təklif aldığı qeyd olunub.

Villian 2013-cü ildən "Çelsi"nin formasını geyinir. O, bu mövsüm 47 matça çıxaraq 11 qol vurub və 9 qolun ötürməsini verib.(qol)


SON YÜKLƏNƏNLƏR

Olimpiyakos'dan Liverpul'a

10 Avqust 2020 23:54

Prosineçki'nin yeni klubu

10 Avqust 2020 23:51

Azərbaycanlı futbolçu iki həftə komandasına kömək edə bilməyəcək

DAVAMI