Pato İtaliyaya qayıdır

  • 15 Sentyabr 2020 11:20
  • 77

“Milan”ın sabiq hücumçusu Aleşandro Pato karyerasını İtaliyada davam etdirə bilər.

Corner.az xəbər verir ki, 31 yaşlı futbolçunun agenti onu A Seriyasını qaytarmaq niyyətindədir. Azad agent statusu daşıyan braziliyalı futbolçu İtaliyada bir neçə klubla danışıq aparır. Patonun karyerasını Avropada davam etdirmək istədiyi bildirilir.

Qeyd edək ki, Pato 2019-cu ildən Braziliyalın “San Paulo” klubunda çıxış edir.