Barselona Depayın transferini açıqlayır

  • 15 Sentyabr 2020 11:45
  • 81

"Barselona" "Lion"un futbolçusu Memfis Depayın transferini yekunlaşdırmağa yaxındır.

Corner.az "De Telegraaf"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu həftənin sonuna kimi bu transferi rəsmən açıqlamağı planlaşdırır."Barselona"nın 26 yaşlı  hücumçunun "Nou Kamp"da təqdim edəcəyi bildirilir. Barselona niderlandlı futbolçu üçün  Fransa klubuna 30 milyon avro ödəyəcəyi vurğulanıb.

Qeyd edək ki, Depayın "Lion"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.Fransalı oyunçu ötən mövsüm 22 matçda 15 qol vurub, 2 qolun ötürməsini verib.