Beyl Premyer Liqa klubuna keçir?

  • 15 Sentyabr 2020 13:28
  • 83

 "Real Madrid"in futbolçusu Qaret Beyl karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" klubu uelsli futbolçunun  xidmətində  maraqlıdır.

Amma klublar təzminat məsələsində ortaq məxrəcə gələ bilmirlər."Qırmızı-şeytanlar"  31 yaşlı futbolçu üçün danışıqları davam etdirir.

Qeyd edək ki, 2013-cü ildən "Real Madrid"də çıxış edən Qaret Beyl ötən mövsüm İspaniya La Liqasında 16 oyun keçirib və 2 qol vurub.