Lester'dən Trabzonspor'a

  • 25 Sentyabr 2020 22:27
  • 70

"Trabzonspor" "Lester"in futbolçusu Fousseni Diabateni transfer edib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb. Qaradəniz təmsilçisi malili futbolçu üçün 1 milyon 573 min avro təzminat ödəyib.

Qeyd edək ki, Diabate yeni klubunda ilinə 1 milyon avro qazanacaq. O, ötən mövsüm icarə əsasında Fransa "Amyen"ində çıxış edib.